Vətən Müharibəsində zabit kimi iştirak edən könüllü qəfil öldü

Salyan rayon sakini, Vətən müharibəsi qazisi 45 yaşlı Azad Orucov qəfil vəfat edib.

Publika.az xəbər verir ki, BDU-nun məzunu olan Azad Orucov əsgəri xidmətini Murovdağda etdikdən sonra Salyan şəhər 2 saylı orta məktəbdə müəllim və təhsil şöbəsində işləyib. Sonralar bir müddət Rusiyada yaşayan A.Orucov könüllü olaraq zabit kimi Vətən müharibəsində iştirak edib.

Müharibədən sonra onda stress səbəbindən xəstəlik yarandığı bildirilib.

Allah rəhmət eləsin!

Muxtar

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya yaxınlığında riski manevr: Moskva nota verməyə hazırlaşır

SONRAKI XƏBƏR

İsveçdə azərbaycanlı tələbə və məzunların görüşü olub