Göygöldə minik maşını aşıb, xəsarət alanlar var - FOTO

Göygöldə minik maşını aşıb, xəsarət alanlar var - FOTO

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Opel” markalı minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı 24 yaşlı Eltac Əzizov və 20 yaşlı Cavid Eyvazov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Mənbə: oxu.az