Ötən gün axşam tərəfi nəvəsi tərəfindən bəçaqlanan Zaqatala sakini gecə saatlarında xəstəxanada ölüb.
Dünən Zaqatala şəhərində İbrahimovlar ailəsində yaranmış mübahisə ölümlə nəticələnib.
Belə ki, 21 yaşlı Ruslan İbrahimov mübahisə zəminində babası, 77 yaşlı Yaşar İbrahimovu bıçaqlamışdı.
İlkin məlumatlara görə, hadisəni törədən 21 yaşlı gənc uzun müddətdir ki, psixi xəstəlikdən əziyyət çəkir.
Ahıl kişini dərhal xəstəxanaya çatdırsalar da həkimlər onun həyatını xilas edə bilməyib. Bir neçə saatdan sonra Yaşar İbrahimov xəstəxanada dünyasını dəyişib.
Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Baş verən cinayət əməli rayon prokurorluğunda araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
Mənbə: bizim.media