Bakıda yeniyetmə bıçaqlanıb

Bakıda yeniyetmə bıçaqlanıb

Bakının Nərimanov rayonunda dava zamanı 16 yaşlı oğlan bıçaqlanıb.

Hadisə Təbriz küçəsində qeydə alınıb.

2007-ci il təvəllüdlü Elton Məmməd oğlu Məmmədzadə dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.

Mənbə: oxu.az