Gəncədə universitet müəllimi və uşaqlıq dostuna hökm oxunub

Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq etməkdə təqsirləndirilən Əli İbrahimov və Rübail Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R.Hüseynov 8 il və Ə.İbrahimov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə.İbrahimov Azərbaycan Dövlət Aqrar Universitetində müəllim işləyib. O, uşaqlıq dostu R.Hüseynovla birgə 7 nəfərin etibarından sui-istifadə edərək onların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.

Belə ki, toxumçuluq işi ilə məşğul olan uşaqlıq dostlarına Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və hər ikisi təqsirləndirilən şəxs qismində həbs olunublar.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Türklər amerikalıları belə heyrətləndirmişdi - FOTO

SONRAKI XƏBƏR

İranın səfiri koronavirusdan öldü