Ermənistanda qəza: hərbçi öldü

Ermənistanda qəza: hərbçi öldü

Ermənistanda zəncirvarı yol qəzasında biri hərbçi olmaqla, iki nəfər ölüb.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrəvan-Gümrü yolunda BMV, Ford və Mersedes-Benz markalı avtomobillərin toqquşması nəticəsində “Mersedes”in sürücüsü və sərnişini hadisə yerində ölüb.

Qəza nəticəsində 3 nəfər ağır və orta ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Xilasedicilər onları xüsusi avadanlıqlar vasitəsilə avtomobillərdən çıxarıblar.

Həmçinin qeyd olunub ki, ölənlərdən biri hərbçi olub.

Mənbə: axar.az