Qubada minik avtomobili su kanalına düşüb.
“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində baş verib.
Beləki, avtomobildə tək olan sürücü Quba rayonu, Bağbanlı kənd sakini Ramin İsmixanov xəsarət almadan maşından çıxa bilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: yenisabah.az