Tovuzda 69 yaşlı qadın dəm qazından boğularaq ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1954-cü il təvəllüdlü Rahilə Dəmirova yaşadığı evdə dəm qazından boğularaq hadisə yerində dünyasını dəyişib.
Onun meyiti tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: report.az