Tapança satmaq istəyən şəxs saxlanıldı

Tapança satmaq istəyən şəxs saxlanıldı

Qusara polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində 1984-cü il təvəllüdü Eldar Əliyev rayonun Yasab kəndi ərazisində saxlanılıb.

Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapançası, 5 ədəd patron və daraq aşkar edilərək götürülüb. 

Araşdırma zamanı izahatı alınan E.Əliyev tapançanı bir müddət əvvəl Bakı şəhərində əldə etdiyini və satmaq məqsədi ilə Qusar rayonuna gətirdiyini bildirib.

Faktla əlaqədar araşdırma aparılır.

Mənbə: qafqazinfo.az