Balıq fabrikində yanğın baş verdi

Balıq fabrikində yanğın baş verdi

Türkiyənin Trabzon vilayətində yerləşən balıq fabriklərinin birində naməlum səbəbdən yanğın baş verib.
Bu barədə “İHA” məlumat yayıb.

Bildirilib ki, hadisə yerli vaxtla 13:30 radələrində baş verib.

Bölgəyə çoxlu sayda yanğınsöndürmə briqadaları və təcili tibbi yardım qrupları cəlb olunub.

Yanğın nəticəsində ölən və ya yaralananların olmadığı bildirilir.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Aysu
 

Mənbə: demokrat.az