Türkiyə İraqın şimalında Kürdüstan Fəhlə Partiyasına qarşı hava əməliyyatlarını DAVAM ETDİRİR

Türkiyə İraqın şimalında Kürdüstan Fəhlə Partiyasına qarşı hava əməliyyatlarını

Türkiyə Silahlı Qüvvələri bu gün BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq Şimali İraqın Qara, Metina, Hakurk və Qəndil bölgələrində terror təşkilatlarına qarşı hava əməliyyatı keçirib.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, separatçı terror təşkilatının istifadə etdiyi və yüksək səviyyəli terrorçuların yerləşdiyi güman edilən mağara, sığınacaq və anbarlardan ibarət ümumilikdə 16 hədəf məhv edilib.

Mənbə: bizim.media