Gəncə sakininin bank hesabından oğurluq edilib.
Şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 327 manat pulu oğurlanıb.
Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Gəncə sakini B.Paşayev saxlanılıb.
Araşdırma aparılır.
Mənbə: oxu.az