Dekabrın 1-də Laçın rayonunda qəfil vəfat edən Azərbaycan Silahlı Qüvvələrindən bir müddət əvvəl ehtiyata buraxılan polkovniki Tofiq Orucovun cənazəsi Bakıya gətirilib.
Qəfil ürəktutmadan dünyasını dəyişən 44 yaşlı polkovnik Xocəsən qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Azərbaycan Silahlı Qüvvələrinin rəhbər şəxsləri, generallar iştirak edib.
Qeyd edək ki, T.Orucov Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsidndə iştirak edib. 1975-ci il təvəllüdlü zabit bir müddət əvvəl ordu korpuslarından birinin mühəndis xidmətinin rəisi vəzifəsindən azad edilərək ehtiyata buraxılıb. O, Vətən müharibəsindən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub. Əslən Laçın rayonunun Fərraş kəndindən olan Tofiq Orucovun atası Miryusif Orucov və qardaşı Rafiq Orucov l Qarabağ müharibəsinin şəhidləridir.



Mənbə: publika.az