Əfqanıstanda güclü zəlzələ baş verdi

Əfqanıstanda güclü zəlzələ baş verdi

Əfqanıstanda 5,5 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 16:13-də Hindukuş dağlarında qeydə alınıb.

Zəlzələnin episentri Tacikistanın İşqamiş yaşayış məntəqəsindən 25 km uzaqlıqda, ocağı isə 100 km dərinlikdə yerləşib.

Dağıntı və tələfatla bağlı məlumat yoxdur.

 

Mənbə: axar.az