Hindistanda qatar qəzası baş verdi, ölən və yaralananlar var

Hindistanda qatar qəzası baş verdi, ölən və yaralananlar var

Hindistanın Qərbi Benqal əyalətində 12 vaqonlu sərnişin qatarı relsdən çıxaraq qəzaya uğrayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Hindistan hökuməti xəbər yayıb. Verilən məlumata görə, hadisə nəticəsində 9 nəfər ölüb, 70 nəfər isə yaralanıb.
Bundan əlavə, hadisə zamanı qatarda 1053 sərnişinin olduğu bildirilib.
Axtarış-xilasetmə tədbirləri davam edir.

Mənbə: www.yeniavaz.com