İranda yağan aramsız yağış Kirman vilayətində fəsadlar törədib

İranda yağan aramsız yağış Kirman vilayətində fəsadlar törədib

Ötən gün İranın Kirman vilayətində yağan aramsız yağış və sulu qar çaylarda daşqına səbəb olub. Yollara, körpü və təsərrüfatlara böyük ziyan dəyib.

AZƏRTAC xəbər verir ki, aramsız yağan yağışın nəticəsində yolların yuyulması bəzi kəndlərlə vilayət mərkəzinin əlaqəsi kəsilib. Kirman vilayətinin Meteoroloji Proqnoz Mərkəzinin rəhbəri Həmidə Həbibi əhaliyə xəbərdarlıq edərək bildirib ki, qarşıdakı günlərdə yağışlı hava şəraiti davam edəcək. Vilayətin şərqində yenə də daşqınların olacağı ehtimalı var.

Kirman valisinin müavini Mustafa Müsəvi bildirib ki, vilayətdəki su bəndləri gücləndirilir. Yağışdan zərər görən yollar müəyyən edilir ki, tez bir zamanda bərpa olunacaq.

Rabil Kətanov

Mənbə: azertag.az