Qazaxıstanın energetika nazirinin sabiq müavini saxlanılıb

Qazaxıstanın energetika nazirinin sabiq müavini Jumabay Karaqayev saxlanılıb.

Trend-in məlumatına görə, sabiq nazir barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd olunur ki, onunla yanaşı elektron ticarət platformalarının rəhbərləri və Mangistau vilayətində mayeləşdirilmiş neft qazı qiymətlərinin bahalaşmasında əli olan bir neçə nəfər də saxlanılıb.

Məsələ ilə bağlı araşdırmalar davam edir.

Qeyd edək ki. J.Karaqayev bu gün səhər saatlarında vəzifəsindən azad edilmişdi.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Yoluxanların sayı AÇIQLANDI - FOTO

SONRAKI XƏBƏR

Şəhid Elçin Nəsirovun xatirəsi anılıb