Güclü külək Xaçmaz rayonunda fəsadlar törədib

Güclü külək Xaçmaz rayonunda fəsadlar törədib

Yanvarın 15-də gündüz saatlarında əsən güclü külək Xaçmaz rayonunda bir sıra fəsadlar törədib.

AZƏRTAC xəbər verir ki, külək rayonun elektrik təsərrüfatına ziyan vurub. Xaçmaz şəhəri ərazisində və bir sıra kəndlərə enerjinin verilişində fasilələr yaranıb.

Küləyin təsirindən Rövşən İsrafilov adına Qobuqıraq kənd ümumi orta məktəbində yardımçı tikilinin, Köhnə Xudat kəndində isə fərdi yaşayış evinin dam örtüyü uçub.

Şəhər ərazisində, eləcə də Quba-Xaçmaz və Xaçmaz-Xudat yollarının kənarında ağacların budaqları qoparaq yola aşıb.

Müvafiq icra strukturları tərəfindən fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.

Mənbə: azertag.az