Sumqayıt yolunda qəza: "Prado" aşdı

Bakı-Sumqayıt yolunda qəza baş verib.

Xeberle.com xəbər verir ki, qəza magistralın Sumqayıt Avtomobil bazarının yaxınlığında baş verib. Belə ki, "Toyota" markalı avtomobil "VAZ 2107" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində "Toyota" markalı avtomobil aşıb. Digər avtomobilin arxa hissəsi deformasiyaya uğrayıb. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberle.com

ƏVVƏLKİ XƏBƏR

Meksikada COVID-19-a rekord sayda yoluxma müşahidə edilib

SONRAKI XƏBƏR

5 milyonluq dəyəri olan bu villa görənləri heyrətə salır