Kiyev aeroportunda bomba həyəcanı səbəbilə təxliyə aparılıb

Ukraynanın paytaxtı Kiyevdə beynəlxalq hava limanında partlayıcı qurğunun olması barədə məlumatlara görə sərnişinlər təxliyə edilib.

"Report" “Ukrayna-24” telekanalına istinadən xəbər verir ki, bomba həyəcanı anonim zəngdən sonra verilib.

Bundan əvvəl hava limanında partlayıcı qurğunun olması ilə bağlı bir neçə məlumat yayılıb. Yoxlamalar onların hamısının yalan olduğunu təsdiqləyib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Xırdalanda şəhid polkovnik-leytenant Telman Miriyevin xatirəsinə inşa edilmiş bulağın açılışı olub

SONRAKI XƏBƏR

Acun İlıcanın qızları qəzaya düşdü - FOTO