Acun İlıcanın qızları qəzaya düşdü - FOTO

Acun İlıcanın qızları qəzaya düşdü - FOTO

Acun İlıcanın qızları Türkiyənin Bolu vilayətində “Kartalkaya” istirahət mərkəzindən istirahətdən qayıdarkən qəzaya uğrayıblar.

Bu barədə “Haber Global” məlumat verib.

Bildirilir ki, Yasəmən və Leyla İlıcanın olduğu yolsuzluq maşını yoldan çıxaraq meşəlik ərazidə ağaca çırpılıb.

Qızların və sürücünün xəsarət almadığı bildirilir.

Qəzaya səbəb kimi əlverişsiz hava şəraiti və yolların qarlı olması göstərilir.

Mənbə: www.oxu.az