Qazaxıstandakı iğtişaşlarda ölənlərin sayı AÇIQLANDI

Qazaxıstandakı iğtişaşlarda ölənlərin sayı AÇIQLANDI

Bakı. Trend:

Yanvar ayının əvvəlində Qazaxıstanda baş verən iğtişaşlar nəticəsində 225 nəfər həlak olub, 4,3 mindən artıq insan xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Baş Prokurorluğundan bildiriblər.

Məlumata əsasən, ümumilikdə 4 578 nəfər iğtişaşlar zamanı zərər görüb, onlardan 4 353 nəfəri yaralanıb. Yaralananlardan 3 393 nəfəri hüquq-mühafizə orqanları əməkdaşlarıdır.

Bildirilib ki, ölənlər arasında 19 nəfəri polis əməkdaşı və hərbçilərdir.

Mənbə: az.trend.az