Bir-birinə güzəşt etmək istəməyən sürücülər arasında əlbəyaxa dava - VİDEO

Bir-birinə güzəşt etmək istəməyən sürücülər arasında əlbəyaxa dava - VİDEO

Türkiyənin İstanbul şəhərinin Pendik rayonunda bir-birinə yol vermək istəməyən sürücülər arasında əlbəyaxa dava düşüb.

Sürücülərdən biri digərinin başına tapançanın qundağı ilə zərbə endirərkən, digər şəxs yerdən götürdüyü betonla qarşı tərəfin hücumunu dəf etməyə çalışıb.

Hadisənin şahidi olan qonşulardan biri insidenti anbaan telefonu ilə qeydə alaraq sosial şəbəkələrdə yayıb.

Mənbə: “İhlas Haber Ajansı” (İHA)

Mənbə: www.oxu.az