Bakıda 10 yaşlı uşağı avtomobil vurub

Bakıda 10 yaşlı uşağı avtomobil vurub

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Rüstəmli Yüsif Asəf oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Mənbə: report.az