Prezidentin ölümündə şübhəli bilinən senator saxlanıldı

Prezidentin ölümündə şübhəli bilinən senator saxlanıldı

Haitinin sui-qəsd nəticəsində öldürülən Prezidenti Jovenel Moizin qətlində şübhəli bilinən keçmiş senator saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Haiti Milli Polisinin sözçüsü Qari Desrosiers məlumat yayıb.

O bildirib ki, sui-qəsdlə bağlı axtarışda olan keçmiş haitili senator Con Coel Cozef Yamaykada saxlanılıb.

Qeyd edək ki, Haiti Prezidenti Jovenel Moiz ötən il iyulun 7-də sui-qəsd nəticəsində öldürülüb.

 

Mənbə: axar.az