Almatıda iğtişaşlarda 149 mülki vətəndaş, 11 təhlükəsizlik işçisi ölüb

Almatıda iğtişaşlarda 149 mülki vətəndaş və 11 təhlükəsizlik işçisi ölüb.

“Report” xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb. Şəhər prokuroru isə bildirib ki, iğtişaşlardan sonra Almatıda 405 cinayət işi açılıb. Şəhərin Polis İdarəsinin rəisi Kanat Taimerdenovun sözlərinə görə, yanvarın əvvəlində Almatıda baş verən iğtişaşların iştirakçıları 1,3 mindən çox silah oğurlayıblar.

"İğtişaşçılar 1 347 silah oğurladılar", o, televiziyaya açıqlamasında deyib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

2022-ci ildə Azərbaycanı nələr gözləyir, pandemiya bitəcəkmi?

SONRAKI XƏBƏR

Ölkədaxili aviareyslərdə koronavirus testinə dair tələb yenidən dəyişdi