Qazaxıstanlılar hökumətdən etirazlarda həlak olanların adlarını açıqlamağa tələb edirlər

Qazaxstanda ölkədə etiraz aksiyaları zamanı həlak olan 225 nəfərin adının açıqlanması tələbi ilə imza toplanmasına başlanılıb. Bu barədə “KazTAG” xəbər verir.

“Yanvar faciəsi zamanı rəsmi məlumata görə, Qazaxıstanın 225 vətəndaşı həlak olub. Biz qazaxıstanlılar bu çətin zamanda yaxınlarına yas tutan ailələrin dərdinə şərik olmaq istəyirik... Araşdırma aparmaq bizim səlahiyyətimizdə deyil, amma artıq bilirik ki, ölənlər arasında qəza qurbanları, çoxuşaqlı valideynlər var. . Bununla bağlı ölən və itkin düşən 225 nəfərin adının açıqlanmasını tələb edirik. Bundan əlavə, biz ölənlərin yaxınlarına və ağır yaralananlara Qazaxıstan Xalq Fondunun vəsaiti hesabına yardım göstərilməsini tələb edirik”, - deyə agentlik ictimai tələbdən sitat gətirir.

İmza toplanmasına cavabdeh olan şəxslərin fikrincə, bu rəqəmin artması tamamilə mümkündür - neçə nəfər hələ də itkin düşüb, nə qədəri xəstəxanalardadır, başqa heç kimdən xəbər yoxdur.

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

Ölkədaxili aviareyslərdə koronavirus testinə dair tələb yenidən dəyişdi

SONRAKI XƏBƏR

Feysbuk rus diplomatların səhifəsini blokladı