Müdafiə Nazirliyindən hərbçimizin həlak olması ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Müdafiə Nazirliyi Xocavənd istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusunun şəhid olması ilə bağlı açıqlama yayıb. 

Nazirlikdən bildiriblər ki, Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun həlak olması barədə məlumatı təsdiq edirik.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

23:38

Bu gün Xocavənd istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub.

“Caliber” “Telegram” kanalının məlumatına görə, onun ölüm səbəbi naməlumdur.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

"Real" İspaniya Superkubokunun sahibi oldu

SONRAKI XƏBƏR

Alman virusoloq tezliklə COVID-19 üzərində qələbənin qazanılacağını elan edib