Kiyev aeroportuna bomba qoyulması xəbəri yayıldı

Kiyev aeroportuna partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı Ukrayna polisinə anonim zəng daxil olub.

Axar.az xəbər verir ki, bu barədə “Ukinform” məlumat yayıb.

Hazırda hava limanında mütəxəssislərin araşdırma apardığı bildirilib.

Qeyd edək ki, Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun yanvarın 17-də təyyarə ilə Kiyevə gələcəyini açıqladıqdan sonra aeroporta bomba qoyulması xəbərinin yayılması diqqət çəkib.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Amsterdamda karantin əleyhinə traktorlu aksiya - Video

SONRAKI XƏBƏR

Türkiyədə ləğv edilən daxili uçuşlarda PCR testi tələbi bərpa olundu