Əfqanıstanın paytaxtı Kabildə bir qrup qadın iş və təhsil hüququnun bərpa edilməsi tələbi ilə etiraz aksiyası keçirib.
Xarici KİV-lərin yaydığı məlumata görə, Kabil Universiteti qarşısında keçirilən aksiyada qadınlar əllərində “bərabərlik və ədalət”, “qadın hüquqları – insan hüquqlarıdır” yazılmış şüarlar tutublar. Polis aksiyaya iştirakçılarına qarşı gözyaşardıcı qaz tətbiq edib. Bir neçə qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Aksiyanı çəkən şəxslərin mobil telefonları müsadirə olunub.