Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər həlak olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Sabunçu dairəsində qeydə alınıb.

Hələlik ad soyadı naməlum olan təxminən 30-35 yaşlı kişi yolu keçərkən onu minik avtomobili vurub.

Piyada hadisə yerində ölüb. Meyit morqa yerləşdirilib. Hazırda ölən şəxsin kimliyi araşdırılır.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Almaniya Bundesliqasında 19-cu tura yekun vurulub

SONRAKI XƏBƏR

FIFA-da qalmaqal: Qurumun rəhbəri Sürixdən Qətərə köçüb