Dəməşqdə öldürülən SEPAH üzvləri briqada generalları olub.
Bu barədə “Azad İran” Teleqram kanalı xəbər verib.
Bildirilir ki, Suriyanın paytaxtında İsrailin hava zərbələri nəticəsində ölən iki iranlı hərbi müşavir əslində SEPAH-ın xüsusi təyinatlı Qüds briqadasının 340-cı texnoloji birləşməsinin briqada generalları olub.
Məlumata görə, 340-cı bölmə İranın qabaqcıl silahlarının hazırlanması və bütün Yaxın Şərqdəki proksi qüvvələrinə tədarükü üzrə ixtisaslaşıb.
Qeyd edək ki, SEPAH üzvləri dekabrın 2-də İsrailin raket zərbələri nəticəsində öldürülüb.
İran bunun cavabsız qalmayacağı ilə hədələyib.
Mənbə: axar.az