Qubaya yağan qar fəsadlara yol açıb - VİDEO

Qubaya yağan qar fəsadlara yol açıb - VİDEO

Quba yenidən ağ örpəyə bürünüb. Bu dəfə isə tam fərqli. Çünki rayon mərkəzinə son 2-3 ilin ən qarı yağıb. Təminin Qubada qarın qalınlığı 30 sm təşkil edir.

Adətən dağlıq ərazilərdə yağıntı müşahidə edilirdisə bu dəfə əksinə rayonun düzənlik hissəsinə qar çox yağıb. Bununla belə rayonun Qrız və Buduq kəndində 15, Xaltanda isə qarın qalınlığı 12 sm təşkil edir. Rayon mərkəzində 4, dağlıq ərazilərdə isə 15 dərəcə şaxta müşahidə edilməkdədir.

Güclü qarın yağması nəqliyatın hərəkətini çətinləşdirməklə yanaşı, rayonun 20-yə yaxın kəndində elektrik enerjisinin verilisində fasilələrin yaranmasına səbəbə olub.

Yaranan fəsadların aradan qaldırılması istiqamətində aidiyyatı qurumlar tərəfindən tədbirlər həyata keçirilir. Quba 5 saylı Yol İstismar İdarəsindən verilən məlumata görə, həm rayonlar arası həm də ucqar kəndlərə gedən yollar səhər saatlarından qardan təmizlənib. Yollara qum duz səpilib. Elektrik enerjisinin verilişində yaranan fasilələrin aradan qaldırılması istiqamətində isə Azərişıq ASC-nin briqadaları ərazilərə cəlb olunub. Çətin hava şəraitinə baxmayaraq enerjinin bərpası üçün tədbirlər görülür.

Qeyd edək ki, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar Quba Elektrik Şəbəkəsi, Yol İstismar İdarəsi eləcə də bir sıra qurumlar gücləndirilmiş şəkildə fəaliyyət göstərirlər.

Mənbə: www.realtv.az