Rusiyada türkmənistanlı miqrantı üzündən güllələdilər - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində yerli sakinlə Türkmənistandan gələn qonaq arasında münaqişə baş verib.

Nəticədə rusiyalı türkmənistanlını üzündən güllə ilə yaralayıb.

Xəsarət alan 41 yaşlı Türkmənistan vətəndaşı xəstəxanaya yerləşdirilib.

Hücum edən şəxs qeyri-döyüş mərmisi ilə atəş açıb.

Atəş açan 46 yaşlı Andrey M. yanvarın 17-də saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Onun barəsində xuliqanlıq maddəsi ilə cinayət işi başladılıb.

Mənbə: Nevskiye Novosti

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

İtkin düşən Pərvanə Məmmədovadan yeni xəbər var

SONRAKI XƏBƏR

Bakının bu rayonunda yaşayış binaları sökülür - FOTOLAR