Türkiyədə koronavirusdan ölənlərin sayı artdı - SON MƏLUMAT

Türkiyədə koronavirusdan ölənlərin sayı artdı - SON MƏLUMAT

Türkiyədə son sutkada COVID-19-dan 162 nəfər ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.

Ötən 24 saat ərzində 403 836 nəfər test edilib, onların 64 935-nin nəticəsi pozitiv çıxıb.

Həmçinin, hesabat dövrü ərzində COVID-19-dan 72 106 nəfər sağalıb.

Bizim.Media

Mənbə: bizim.media