Poroşenkonun məhkəməsi təxirə salındı: həbsi gözlənilir

Poroşenkonun məhkəməsi təxirə salındı: həbsi gözlənilir

Kiyevdə Ukraynanın beşinci prezidenti Pyotr Poroşenkonun məhkəməsi keçirilib.

Axar.az xəbər verir ki, Peçersk Rayon Məhkəməsində keçirilən iclasda Poroşenko barəsində iki ay müddətinə həbs qətimkan tədbiri görülməsi barədə qərar qəbul olunması istənilib.

Həbsə alternativ variant olaraq prokurorlar məhkəmədən Poroşenkoya 37,5 milyon dollar məbləğində girov təyin etməyi xahiş ediblər. Onlar girov tələbini dəymiş ziyanın həcmi, siyasətçinin əmlak vəziyyəti və cinayət işinin xarakteri ilə əsaslandırıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin beşinci prezidentə elektron qolbaq taxılmasını və pasportlarının təhvil verilməsini istəyiblər.

***

Pyotr Poroşenkonun məhkəməsi yanvarın 19-na təxirə salınıb.

Donbasın nəzarət olunmayan ərazilərindən kömür nəqlinin təşkili zamanı dövlətə xəyanət etməkdə ittiham olunan Poroşenko barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

 

Mənbə: axar.az