Polis bahalı it cinsini özləri ilə aparan cütlüyü saxladı - VİDEO

Polis bahalı it cinsini özləri ilə aparan cütlüyü saxladı - VİDEO

İstanbulun Kağıthane məhəlləsində sevgili cütlük küçədə gördükdüləri xüsusi cinsə aid olan iti sahibsiz bilərək özləri ilə aparıblar.

İtin sahibi yalnız kamera görüntülərini izlədikdən sonra köpəyinin digər şəxslər tərəfindən aparıldığına əmin olub.

Polisə məlumat verən itin sahibi onu 3 min dollara (5 min manat) əldə etdiyini bildirib.

Qısa axtarışdan sonra it tapılaraq sahibinə geri qaytarılıb.

İti özləri ilə aparan cütlüyə isə xəbərdarlıq ediləndən sonra onlar sərbəst buraxılıb.

Mənbə: İHA

Mənbə: www.oxu.az