Kanadada qar fırtınası səbəbilə baş verən qəzalarda 12 nəfər xəsarət alıb

Kanadada qar fırtınası səbəbilə baş verən qəzalarda 12 nəfər xəsarət alıb

Kanadanın Monreal şəhərində (Kvebek əyaləti) güclü qar səbəbilə 3 yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in "CTV" telekanalına istinadən verdiyi məlumata görə, üç qəzada toplam 75 avtomobil iştirak edib. Ən böyük qəza 40 avtomobilin iştirakı ilə baş verib.

Məlumata əsasən, qəzaalr nəticəsində 12 nəfər xəstəxanaya çatdırılıb.

Mənbə: az.trend.az