Şəkidə iki ailənin yaşadığı evdə yanğın olub

Şəki şəhərində ümumi sahəsi 200 kvadratmetr olan bir dam altında tikilən və iki ailənin yaşadığı birmərtəbəli evdə yanğın baş verib.

AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, sahəsi 150 kvadratmetr olan evin tavanı 10 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

NATO qarşıdakı dövrdə Azərbaycanla geniş praktiki əməkdaşlığı davam etdirməyə ümid edir

SONRAKI XƏBƏR

BƏƏ-yə hücumu İran təşkil edib? - ABŞ diplomatı