Qızılağac Milli Parkında ova cəhd edən şəxs cəzalandırılıb

Qızılağac Milli Parkında ova cəhd edən şəxs cəzalandırılıb

Qızılağac Milli Parkının “Kiçik körfəz” adlanan ərazisində ova cəhd edən şəxs saxlanılıb.

Bu barədə "Report"a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova məlumat verib.

Onun sözlərinə görə, araşdırma zamanı brakonyerin Masallı rayon sakini Tarqulu Mirzəyev olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunan ov alətləri götürülüb.

Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.

Mənbə: report.az