Çılpaq qadını xilas etmək üçün çaya baş vurdu - Meyiti çıxdı

Çılpaq qadını xilas etmək üçün çaya baş vurdu - Meyiti çıxdı

ABŞ-ın Kentukki ştatında çayda boğulan çılpaq qadını xilas etmək istəyən şəxs özü həlak olub.

Milli.Az xəbər verir ki, bu barədə UPI xəbər agentliyi məlumat yayıb.

Xəbərdə deyilir ki, insanlar Ohayo çayının kənarında suya qaçan çılpaq qadını görüblər. Hadisə şahidinin sözlərinə görə, o, velosiped yoluna çıxan beton səddi aşıb, metal məhəccərdən aşıb və buzlu çaya tullanıb. Bu zaman vəkil Zak Berri baş verənləri ofisin pəncərəsindən izlədiyini deyib. Həmkarı Davido Lambertus özünü çaya atıb. Lakin güclü axın onu aparıb. Hadisə şahidləri xilasetmə xidmətinə zəng vursalar da, dalğa olması səbəbindən xilasetmə əməliyyatı yarımçıq qalıb.

Anar Əli
Milli.Az

Mənbə: news.milli.az