Cəmi 2 ilə 5 milyon manatdan çox vəsait ələ keçirməkdə ittiham olunur

Cəlilabad Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəməsi Bakıda keçiriləcək.

Bu barədə "Report"a Lənkəran Ağır Cinayətlər Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, cinayət işi üzrə məhkəmə iclası Sabunçu Rayon Məhkəməsinin inzibati binasında davam etdiriləcək.

Proses Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrlik edəcək.

Xatırladaq ki, yanvarın əvvəlində N.Zeynalovun cinayət işi üzər hazırlıq iclası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında keçirilmişdi.

Qeyd edək ki, N.Zeynalov 2020-ci ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad Rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

N.Zeynalov başçı işlədiyi cəmi 2 il ərzində 5 milyondan artıq vəsaiti mənimsəmə və rüşvət alma yolu ilə ələ keçirməkdə ittiham olunur.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

“Omikron” özünü hələlik yaxşı aparır, alimlər deyir ki... “TƏBİİ VAKSİN” ROLUNU OYNAYIR, AMMA ÖLÜM RİSKİ DƏ VAR

SONRAKI XƏBƏR

Nikolay Kulbaka: “Qapalı sərhədlər heç vaxt iqtisadi artıma səbəb olmayıb”