Dəmir yolunu sökmək istəyən şəxslər tutuldu

Siyəzən-Zarat dəmir yolu xəttindən oğurluğa cəhd olunub.

DİN-dən verilən məlumata görə, yanvarın 16-da saat 23 radələrində Siyəzən rayonu ərazisində Siyəzən-Zarat dəmir yolu xəttindən 33 ədəd rels altlığı və 36 dəst boltu oğurlamağa cəhd göstərilib.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Siyəzən rayon sakinləri M.Nadirov, İ.Məmmədov, əvvəllər məhkum olunmuş B.Məmmədov və oğlu S.Məmmədov saxlanılıblar.

Araşdırma aparılır.

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

Jurnalistdən Ərdoğana gözlənilməz sual: Türk liderin cavabı alqış topladı - VİDEO

SONRAKI XƏBƏR

“Omikron” özünü hələlik yaxşı aparır, alimlər deyir ki... “TƏBİİ VAKSİN” ROLUNU OYNAYIR, AMMA ÖLÜM RİSKİ DƏ VAR