Goranboy rayonunda evdə qaz sızmasından partlayış olub.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb. Kənd sakini, 1986-ci il təvəllüdlü P.Namazova bədənin 2 dərəcəli yanğı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 36 yaşlı qadın yaşadığı evin mətbəxində qaz sobasını yandıran zaman partlayış olub.
Faktla bağlı araşdırma aparılır