İranda qar uçqunu olub: Ölən və yaralanan var

Bakı. Elnur Bağışov – Trend:

Bu gün səhər İranın Kərəc-Çalus magistral yolunda qar uçqunu nəticəsində yol tikintisi ilə məşğul olan şirkətin 1 əməkdaşı ölüb, iki əməkdaşı isə yaralanıb.

Trend-in məlumatına görə, bunu İranın Əlborz vilayəti polis idarəsinin rəis müavini polkovnik Bijən Cənnəti deyib.

Onun sözlərinə görə, hadisə yerinə cəlb olunan texnikalarla yaralılar xilas edilib.

Qeyd edək ki, ötən saatlar ərzində Kərəc-Çalus magistral yolunda 3 qar uçqunu baş verib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Əcnəbilərin Qarabağa səfəri nəzərdə tutulmayıb

SONRAKI XƏBƏR

Yorulduğuna görə səhnədən gedir