Qəbələdə avtomobil gənc oğlanı vuraraq öldürüb

Qəbələdə avtomobil gənc oğlanı vuraraq öldürüb

Qəbələ rayonunda avtomobil gənc oğlanı vuraraq öldürüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Mirzəbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Eldəniz İsmayılovun idarə etdiyi “Toyota” markalı avtomobil piyada, 2000-ci il təvəllüdlü İsmayıl Adıgözəlovu vuraraq öldürüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Mənbə: report.az