Məşhur avtoritet Ermənistandan imtina etdi

Məşhur avtoritet Ermənistandan imtina etdi

Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları “Don Pipo” kimi tanınan məşhur erməni avtoritet Artur Asatryanın evində axtarış aparıblar.

Axar.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Asatryan özü də məlumatı təsdiqləyib və bildirib ki, təqiblərə görə Ermənistan vətəndaşlığından imtina etmək məcburiyyətində qalıb.

“Barəmdə cinayət işləri açıldı, bütün dövlət sistemi məni ovlamağa başladı. Artıq dördüncü dəfədir ki, mən olmadan evimdə axtarış aparılır”, - Asatryan bildirib.

Qeyd edək ki, erməni avtoritet adam oğurluğu, qanunsuz silah saxlamaqda ittiham olunur. 2019-cu ildə saxlanılsa da, bir müddət sonra girov qarşılığında azad edilmişdi.

Mənbə: axar.az