Bakıda kişi meyiti tapıldı

Binəqədi rayonunda kişi meyiti aşkarlanıb.

BAKU.WS xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Yusifov Əflatun Ömər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

BAKU.WS

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Ərdoğan Putin və Zelenskini Türkiyəyə dəvət edib

SONRAKI XƏBƏR

Dünyada bir İLK: Dörd qolu və dörd ayağı olan uşaq dünyaya gəldi - FOTO