Bakıda ana və 3 övladı dəm qazından zəhərləndi

Bakıda ana və 3 azyaşlı övladı dəm qazından zəhərlənib.

Axar.az xəbər verir ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb.

1984-cü il təvəllüdlü Aygün Məlik qızı Nuriyeva və onun azyaşlı övladları - 2010-cu il təvəllüdlü Aysu Yunis qızı Mənsimli, 2012-ci il təvəllüdlü Zəhra Yunis qızı Mənsimli və 2016-cı il təvəllüdlü Ceyhun Yunis oğlu Mənsimli yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Goranboyda minaya düşən şəxsin yaxınları danışdı - VİDEO

SONRAKI XƏBƏR

Ərdoğanın bəyanatı, Əliyevin Putinə zəngi