İrəvanda Paşinyanın evi qarət olunub

Ermənistanda bank məmurunun evi qarət edilib. AzVision.az xəbər verir ki, bu barədə yerli saytlar məlumat yayıb. - İrəvanda ölkə banklarından birinin satış departamentinin rəhbəri 31 yaşlı L.Paşinyanın mənzili qarət edilib. Yanvarın 19-da saat 00:10 radələrində Nor-Nork rayon polis şöbəsinə hadisə ilə bağlı zəng daxil olub. Paşinyan bildirib ki, oğurluq hadisəsi yanvarın 18-də, saat 08:30-dan 23:30-a kimi naməlum şəxslər tərəfindən törədilib. Onlar evə girərək xeyli sayda qızıl-zinət əşyalarını oğurlayıblar,-məqalədə yazılıb. Bəzi kriminal saytlar isə son bir ildə ölkədə oğurluq və digər cinayətlərin sayının artmasını önə çəkiblər.

Tural Tağıyev

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

"Yer əhalisi Marsın məskunlaşdırılmasına kifayət etməyəcək" - Mask

SONRAKI XƏBƏR

Abşeronda qadını öldürüb yol kənarına atan şəxslərdən biri SAXLANILDI - FOTO/VİDEO